“Pişiyin hansı rəngdə olması vacib deyil…”
Kremlin ən iddialı təbliğatçılarından biri olan teleaparıcı Vladimir Solovyov “Rossiya-1” kanalındakı müəllif şousunun növbəti buraxılışı zamanı Vladimir Putinin istefaya göndərilməsini təklif edib.
“AzPolitika” xəbər verir ki, Solovyov veriliş zamanı cəbhədəki problemlərin həlli üçün mümkün tədbirlərdən biri kimi hətta Vladimir Putinin Ali Baş Komandan vəzifəsindən istefasını da mümkün sayıb: “Mənim üçün pişiyin hansı rəngdə olması vacib deyil, əsas odur ki, siçanları tutsun. Gəlin konkret həllərə keçək. Əgər bu, ali şəxsin(Ali Baş Komandanın) istefasını tələb edirsə, onda... Böyük dövrlərin təcrübəsində əldə etdiyimiz ən yaxşıları götürək və həmin üsullarla qərar verək. Bunlar burada və indi lazımdır”.
— Newsfeed (@Newsfeed883920) September 24, 2024
“AzPolitika.info”

Şərhlər
Ter temiz
Mediamızdakı *Ermənistan Qarabağı otuz il işğalda saxlayıb* frazı izləyəciyə sülh ümidi verir!? Əmma, hay millətçiləri tək sovet DQMVni deyil, Azərbaycanı SSRİ konstitusiyasına zidd ÜÇ il, tam 33 il, dünyəvi nizamlayıcı BMT TŞnın həllinə zidd 25 il gündəlik olmasa da Hərbi atəşləri altnda saxlayıb? Kütləvi deport və Hərbi genosid cinayətləri tam mühakiməə edilməddiyindən Qarabağın azadlığı-20.09.2023 tarixindən sonra cinayət yuvası-DQMV separatçı yuvasının dünyəvi müdafiəçiləri artıb?
Ter temiz