Menu

“Putin hələ acizliyini etiraf edəcək mərhələyə çatmayıb” – “Onda müharibə bitəcək”

24.09.2024, 15:07
“Putin hələ acizliyini etiraf edəcək mərhələyə çatmayıb” – “Onda müharibə bitəcək”

Ukraynadakı müharibə yalnız Vladimir Putin öz məqsədlərinə nail ola bilməyəcəyini etiraf etdikdən sonra bitə bilər.

“AzPolitika” xəbər verir ki, bunu Polşanın Xarici İşlər naziri Radoslav Sikorski “MSNBC”-yə müsahibəsində deyib.

Onun fikrincə, Putin hələ acizliyini etiraf edəcək mərhələyə çatmayıb: "Bu müharibə yalnız o zaman başa çatacaq ki, Putin işğalın səhv olduğuna qərar verəcək və məqsədlərinə (Putin üçün) məqbul qiymətə çata bilməyəcəyini qəbul edəcək. O, hələ bu mərhələdə deyil".

Eyni zamanda, nazir qeyd edib ki, “onun (Putinin) iqtisadiyyatı və yüz minlərlə rusu ölümə göndərmək imkanı sonsuz deyil”. Onun fikrincə, Ukraynanın müttəfiqləri əldə olunanlarla kifayətlənməsələr və Ukraynaya dəstəyi gücləndirsələr, beynəlxalq hüququn və beynəlxalq sərhədlərin bərpası ilə bu müharibəyə son qoymaq olar.

Volodimir Zelenskinin yaxın günlərdə ABŞ Prezidenti Co Baydenə təqdim etməli olduğu “Qələbə planı”nı da qiymətləndirib: “Ukraynanın öz müdafiə sənayesi var, lakin onun resursları yoxdur. Bir neçə milyard dollar onlara çox kömək edə bilər və Putin qalib gələ bilməyəcəyini başa düşər”.

Onun sözlərinə görə, müharibənin həlli hər iki ölkənin qoşunlarının beynəlxalq səviyyədə tanınmış sərhədlərə çəkməsi ilə mümkün olar.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol