Menu

İsrailin hava hücumu nəticəsində Livanda ölənlərin sayı 560-a yaxınlaşıb

24.09.2024, 15:28
İsrailin hava hücumu nəticəsində Livanda ölənlərin sayı 560-a yaxınlaşıb

İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 492-dən 558-ə yüksəlib, 1835 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad mətbuat konfransında bildirib.

“Qurbanlar arasında 50 uşaq və 94 qadın var. 4 təcili tibbi yardım işçisi də həlak olub, onların maşınları hava zərbələrinə məruz qalıb”, - deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol