Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin “müharibənin sonu çoxlarının düşündüyündən daha yaxındır” sözlərinə cavab verib.
“AzPolitika” xəbər verir ki, D.Peskov mətbuata açıqlamasında müharibənin bitməsinin yalnız Vladimir Putinin “qarşıya qoyduğu məqsədlərə” çatacağı təqdirdə mümkün göründüyünü deyib: “Bilirsiniz ki, istənilən müharibə bu və ya digər şəkildə sülhlə başa çatır, lakin bizim üçün məqsədlərimizə çatmağın heç bir alternativi yoxdur”.
“AzPolitika.info”


Şərhlər