Menu

Ceyhun Bayramov maltalı həmkarı ilə Azərbaycan-ATƏT münasibətləri barədə danışıb

24.09.2024, 20:58
Ceyhun Bayramov maltalı həmkarı ilə Azərbaycan-ATƏT münasibətləri barədə danışıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində maltalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri İan Borq ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə C.Bayramov “X” səhifəsində paylaşım edib.

“Azərbaycan-Malta əməkdaşlığı, Azərbaycan-ATƏT münasibətləri, münaqişədən sonra regiondakı normallaşma prosesi və COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparıldı”, - paylaşımda vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol