Menu

Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib

25.09.2024, 15:14
Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib

Tarif (qiymət) Şurasının bu gün keçirilən iclasında daha bir qrup dərman vasitəsinin qiymətinin tənzimlənməsi barədə qərar qəbul edilib.

Bu barədə Tarif Şurasının Katibliyindən məlumat verilib.

İclasda yeni dövlət qeydiyyatına alınan 156 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 50 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 24 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az)“Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərar oktyabrın 1-dən qüvvəyə minəcək.

Şərhlər

Vətəndaş 2024-09-25 16:45:52

Buna tənzimləmə yox,bahalaşdırma deyilir.Heç bir əsas olmadan dərmanların qiymətləri durmadan artırılır.Bu uyğunsuzluğun qarşısı niyə alınmır?Nə qədər Tarif şurası dediyiniz qurum monopolistlərlə əlbir olub xalqın güzəranını çətinləşdirəcək?Niyə hakimiyyət belə hallara göz yumur?İsraniyada fabrikada 6 Evro.Aptek satışında 11.5 yevro olan dərman Azərbaycanda 42manat 50 qəpiyə təklif olunur.Bəs bu hansı tənzimləmə ilə baş verir?Tarif şurası bunu anlaya və anlada bilirmi?Niyə bu şura özbaşına buraxılıb?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol