İrandan hücum təhlükəsi olarsa, ABŞ İsraili müdafiə etməyə hazırdır.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Con Fayner deyib.
"Biz aprel ayında İsraili İranın hücumundan qoruduq və İran İsrailə hücum etməyə cəhd edərsə, bunu yenidən etməyə hazırıq. Livanda münaqişə var, lakin bu, müharibəyə çevrilə bilər və biz bu müharibənin mümkünlüyündən narahatıq", o bildirib.
Fayner qeyd edib ki, “daha böyük müharibə İsrailin maraqlarına uyğun deyil” və Birləşmiş Ştatlar vəziyyəti düzəltməyə çalışır.
“AzPolitika.info”


Şərhlər