Bakı Ekspo Mərkəzində "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinə dair bir sıra görüşlər keçirilir.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, sentyabrın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətinin direktoru Dmitriy Şuqayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunmasında hərbi-texniki sahədə əməkdaşlığın rolu, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Görüşdən sonra beynəlxalq sərgidə Rusiyanın hərbi sənaye şirkətlərinə məxsus stendlərə baxış keçirilib, nümayiş etdirilən silah, texnika, aviasiya və uçuş vasitələri ilə bağlı Azərbaycan və Rusiya nümayəndə heyətinə ətraflı məlumat verilib.


Şərhlər
Biz ABŞ-ın,Avropanın nə dediyinə baxmayaraq Şimali Koreya ilə də hərbi-texniki əməkdaşlıq etməliyik,hazırkı hüquqsuz dünyada bütün mümkün vasitələrdən istifadə etməliyik ordumuzu daha da gücləndirmək üçün.Heç kimin gül ağzından nələr deyiləcəyini vecimizə almamalıyıq,çünki kim güclüdürsə o haqlıdır.Onsuz da ABŞ,Fransa bizə nifrət edir.Şimali Koreya ilə hərbi-texniki əməkdaşlıq bizim hər cür modern,daha qatı açılmamış silahlarla təmin olunmağımıza yol açar.