Menu

Ukrayna ordusuna yardım mərkəzi partladıldı

10.12.2014, 09:22
Ukrayna ordusuna yardım mərkəzi partladıldı

Ötən gecə Odessada güclü partlayış törədilib.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, partlayış Admiral prospektinin Krasnov küçəsi ilə kəsişməsində yerləşən ofis binasında törədilib.

Gecə saatlarında binada heç kim olmadığından partlayış nəticəsində xəsarət alan olmayıb. Partlayış nəticəsində birinci mərtəbədəki otaq tamamilə uçub. Məlumata görə, burada Ukraynanın cənub-şərqində əməliyyat aparan ordusuna yardım mərkəzi fəaliyyət göstərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol