Respublikaçıların prezidentliyə namizədi Donald Trampdan sonra Nümayəndələr Palatasının sədri Mayk Conson da Volodimir Zelenski ilə görüşdən imtina edib.
“AzPolitika” xəbər verir ki, Respublikaçı spiker həddindən artıq məşğul olduğunu bəhanə gətirərək, Ukrayna Przeidenti ilə görüşə bilməyəcəyini deyib: “Xeyr, bu həftə Zelenski ilə görüş təyin edə bilmədim, çünki çox məşğulam. Sabah şəhərdə olacağımı belə düşünmürəm".
Conson əlavə edib ki, əgər belə bir görüş olsaydı, Zelenski ilə Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarovanın məsələsini müzakirə edərdi. Belə ki, Respublikaçılar səfirdən narazıdırlar.
Bundan bir gün əvvəl hətta Conson Zelenskidən onun Pensilvaniyadakı silah zavoduna səfərini təşkil edən Markarovanı işdən çıxarmasını tələb edib. Conson Zelenskinin zavoda səfərini Demokratlara kömək məqsədi daşıyan seçki müdaxiləsi adlandırıb. Çünki səfərə Respublikaçılar dəvət olunmayıb. Ona görə də Respublıikaçılar Ukrayna səfirinə inamı itiriblər.
“AzPolitika.info”


Şərhlər