Menu

Ermənistan hərbi toplanışa başlayır

26.09.2024, 14:21
Ermənistan hərbi toplanışa başlayır

Ermənistanda oktyabrın 15-dən dekabrın 20-dək ehtiyatda olan hərbçilər üçün təlim-məşq toplanışları keçiriləcək.

“AzPolitika” xəbər verir ki, müvafiq qərar sentyabrın 26-da Ermənistan hökumətinin iclasında qəbul edilib. Qərarın iki bəndi məxfi saxlanılır.

Rəsmi məlumatda deyilir ki, hərbi hazırlığın məqəsədi ehtiyatda olan hərbi qulluqçuların peşə hazırlığı və yenidən hazırlanması, eləcə də ali təhsilli gizirlərdən ehtiyatda olan zabitlərin hazırlanmasıdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol