Menu

Naxçıvan Televiziyasının loqosu ilə bağlı sensasiyalı iddia - FOTO

26.09.2024, 15:39
Naxçıvan Televiziyasının loqosu ilə bağlı sensasiyalı iddia - FOTO

Naxçıvan televiziyasının loqosu ilə bağlı maraqlı iddialar ortaya çıxıb.

TNS xəbər verir ki, bununla bağlı tanınmış jurnalist Aygün Muradxanlı rəhbəri olduğu Prime TV-nin “Qırmızı masa” proqramında danışıb.

O bildirib ki, loqodakı “n” hərfi erməni əlifbasındakı “ra” hərfinə bənzəyir.

İddia olunur ki, bu işarənin mənası “biz qayıdacağıq” deməkdir.

Naxçıvan televiziyasının yeni loqosunun hazırlanması üçün müsabiqənin keçirilib keçirilmədiyi, loqonun mənası ilə bağlı TNS-in sorğusuna cavab olaraq “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyətindən bildirilib ki, Naxçıvan televiziyasının yeni loqosu televiziyanın öz imkanları əsasında hazırlanıb.

“Televiziyanın İnformasiya texnologiyaları şöbəsinin peşəkar qrafik-dizaynerləri var. Loqonun ideya və tərtibatı məhz televiziyanın qrafik-dizayneri Tural Əliyevə məxsusdur. Digər tərəfdən loqonun hazırlanması üçün müsabiqə elan olunmayıb. Bunun üçün televiziyanın xərclər smetasında ayrıca maliyyə imkanı olmadığı üçün müsabiqənin keçirilməsi məqsədəuyğun sayılmır. Qanunla belə bir tələb də yoxdur. Ümumiyyətlə, Naxçıvan televiziyasının indiyə qədər heç bir loqosu müsabiqə ilə tərtib olunmayıb. Yeni loqo Azərbaycan əlifbasının kiçik “n” hərfi əsasında tərtib olunub. Loqonun aşağısında isə “tv” qısaltması qeyd edilib. “n” hərfinin hər hansı başqa bir xalqın əlifbasındakı hərfə bənzədilməsi absurd və qərəzli yanaşmadan başqa bir şey deyil. Loqodakı qırmızı rəng Azərbaycan Respublikasının Dövlət Bayrağında da əks olunan qırmızı rəngdir. Qırmızı rəng müasirliyin, yeniliyin rəmzidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müasir və yenilikçi ruhlu, demokratik cəmiyyətin qurulması, aparılan siyasətə Ntv olaraq dəstəyin nümayişi kimi qırmızı rəng loqomuzda əks olunub. Naxçıvan televiziyasının loqosu “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 12.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Audiovizual Şurasına təqdim olunub və təsdiq edilib”, - açıqlamada qeyd olunub.

Şərhlər

ƏNHU 2024-09-26 22:14:28

Niyə bizim ölkədə haqlı qə ağıllı iradı qəbul etmirlər görəsən? Bəli, loqo doğrudan da erməni hərifinə oxşayır və qeyd edilən mənanı da özündə gizlədə bilər. Hətta mənim digər bir iradsım da var. Loqoda qrafik üslubla uyuşmayan lirik çalarlar da görünür. Bir sözlə əlifba kitabına çəkilmiş şəklə bənzəyir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol