“Sərhədin demarkasiyası proseslərinin növbəti mərhələsi ilə bağlı hələlik qərar yoxdur”.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistan Baş nazirin müavini Mher Qriqoryan “Yerablur” hərbi panteonunda jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyasına erməni tərəfdən rəhbərlik edən Qriqoryanın sözlərinə görə, tənzimləmə ilə bağlı ölkədaxili prosedurlar tamamlanmalıdır.
Konstitusiya Məhkəməsi sərhədin demarkasiyası qaydalarını Ermənistan Konstitusiyasına uyğun olaraq tanıyıb. Yaxın vaxtlarda hökumət reqlamenti daxili ratifikasiya üçün parlamentə göndərəcək.
Müxalifətdən olan deputatlar parlamentdə layihənin əleyhinə səs verəcəklərini açıqlayıblar. Mher Qriqoryan brifinqdə əmin edib ki, demarkasiya prosesi tamamilə qanunidir.
“Prosesdə heç bir ziddiyyət yoxdur”, - deyə Baş nazirin müavini bildirib.
Sərhəd delimitasiyası komissiyalarının əsasnaməsi yeddi maddədən ibarətdir. Onun sözlərinə görə, İrəvan və Bakı 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədin delimitasiyasını həyata keçirmək barədə razılığa gəliblər, lakin bu razılaşma yekun deyil.
Əsasnamədə bildirilir ki, gələcəkdə sülh sazişi qəbul edildikdən sonra prosesin başqa prinsiplər əsasında davam etməsi mümkündür. Digər məqalələr əsasən prosesin texniki detallarından bəhs edir.
“AzPolitika.info”


Şərhlər