ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə bugünkü görüşündə sülhün zərurətindən danışacaq.
“AzPolitika” xəbər verir ki, Tramp bunu jurnalistlərin suallarını cavablandırarkən deyib.
Lakin sabiq ABŞ prezidenti Ukrayna ərazilərinin Rusiyaya təhvil verilməsi planı ilə bağlı sualdan yayınıb. “Ukraynanın müharibəni bitirmək üçün işğal olunmuş ərazilərini Rusiyaya verməli olduğuna inanırsınızmı?” sualına Tramp birabaşa cavab verməyib və “görək nə olacaq” deməklə kifayətlənib.
Jurnalistlər Zelenskiyə nə deyəcəyini soruşduqda isə Tramp sülhün zəruriliyindən danışıb: “Gəlin sülhə nail olaq. Bizə sülh lazımdır! Biz ölümlərə və dağıntılara son qoymalıyıq. Sizcə, belə deyil?”
“AzPolitika.info”


Şərhlər