"Hizbullah" Şeyx Həsən Nəsrullahın öldürüldüyünü rəsmən təsdiqləyib.

APA xəbər verir ki, bu barədə "Hizbullah" bəyanat yayıb.

Məlumatda, həmçinin bildirilib ki, "Hizbullah" İsraila qarşı mübarizəni davam etdirəcək. 

***

İsrail ordusu "Hizbullah" liderinin öldürülməsi ilə bağlı yayılan informasiyanın doğru olduğu barədə açıqlama verib.

APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Hadisənin Dahiya bölgəsi istiqamətində baş verdiyi bəyan edilib.

Eyni zamanda bildirilib ki, təşkilat liderinin qızı və cənub qanadının başçısı Ali Karki də qətlə yetiriliib.

Nəsrullah 64 yaşında idi, bunun 32 ilini "Hizbullah"a rəhbərlik edib.

Beyrutdakı Qərb KİV-i bildirib ki, aviasiya raketlərinin zərbələrilə altı bina dağıdılıb, "Hizbullah"ın bir neçə lideridaxil olmaqla onlarla adam həlak olub.

***

İsrail ordusu “Hizbullah”ın Beyrutdakı mərkəzi hərbi qərargahını bombalayıb.

 "AzPolitika" xəbər verir ki, bu barədə işğalçı İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki,  İsrail ordusu Beyrutdakı Daahi şəhərinin mərkəzində yaşayış binalarının altında yerləşən “Hizbullah”-ın mərkəzi qərargahını bombalıyıb.

Nəticədə 14 nəfərin öldüyü, 100-lərlə yaralının olduğu bildirlir.

Ölənlər arasında yüksək rütbəli "Hizbullah" nümayəndələrinin olduğu qeyd edilib. 

İsrail mənbələrini  məlumatına görə, zərbələrin hədəfi hərəkatın baş katibi Şeyx Həsən Nəsrullah olub.

İsrail ordusu təşkilatın lideri Həsən Nəsrullahın qətlə yetirildiyini iddia edir.

Lakin müxtəlif Qərb media mənbələri (AFP və “Reuters” də daxil olmaqla) Nəsrullahın zərbələrdən sonra sağ və təhlükəsiz olduğunu bildirir.

Türkiyə mediası isə Həsən Nəsrullahın yaralı ola  biləcəyini qeyd edir. 

“İsrailin Beyruta endirdiyi hava hücumunda “Hizbullah”ın yüksək rütbəli liderlərindən heç biri ölməyib”, - deyə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Ancaq Həsən Nəsrullahın ortada görünməməsi onun ya qətlə yetirildiyi, ya da yaralı olduğu ehtimalını yaradır.