Menu

“Bu, nüvə zərbəsi üçün əsas ola bilər” - Dumada da Qərbi nüvə zərbəsilə təhdid edirlər

28.09.2024, 11:50
“Bu, nüvə zərbəsi üçün əsas ola bilər” - Dumada da Qərbi nüvə zərbəsilə təhdid edirlər

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov da Vladimir Putinin nüvə təhdidlərinə qoşulub. 

“AzPolitika” xəbər verir ki, Duma təmsilçisinin dediyinə görə, Rusiyanın yenilənmiş nüvə doktrinası Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsinin verilməsinin nüvə silahından istifadə üçün əsas ola biləcəyini göstərir.

O iddia edir ki, bu səbəbdən “Qərbdəki keçmiş tərəfdaşlarımız gərginləşib”: “Bu, əsas ola bilər, amma qərarı Ali Baş Komandan verəcək. Bu, baş verə bilər".

Kartapolov bir çox fərqli amillərin olduğunu qeyd edərək deyib ki, Rusiyanın dərinliklərinə zərbə endiriləcəyi təqdirdə buna məhz nüvə zərbəsilə cavab veriləcəyini "birmənalı şəkildə demək olmaz”. O, eyni zamanda belə bir ssenarinin istisna edilmədiyini xüsusi vurğulayıb.

Xatırladaq ki, sentyabrın 25-də Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında Rusiyanın nüvə doktrinasına dəyişiklik edildiyini açıqlayıb. Sənəddə göstəriləcək ki, nüvə dövlətinin dəstəyi ilə hər hansı qeyri-nüvə dövlətinin Rusiyaya qarşı təcavüzü onların birgə hücum kimi qiymətləndiriləcək. Kreml doktrinadakı dəyişiklikləri “dost olmayan ölkələr” üçün siqnal adlandırıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol