Menu

“Yalnız 44 günlük müharibədən sonra baş verənləri dərindən dərk etdik” – “Nəticələri həzm etməliyik...”

28.09.2024, 15:12
“Yalnız 44 günlük müharibədən sonra baş verənləri dərindən dərk etdik” – “Nəticələri həzm etməliyik...”

“Yalnız 44 günlük müharibədən sonrakı illərdə biz müstəqilliyin ilk günlərindən ətrafımızda baş verənləri dərindən və tam şəkildə dərk etdik”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Erablur” hərbi panteonunda bildirib.

Xatırladaq ki, paytaxtdakı bu qəbristanlıqda Azərbaycana qarşı işğalçı müharibədə öldürülən erməni hərbçiləri dəfn edilib.

“Üstəlik, müharibədən sonra ortaya çıxan nəticələri həzm etməli, dərk etməli, düzgün nəticə çıxara bilməliyik. Bu isə asan deyil. Ağrı çox böyükdür, duyğular çox qarşıqıdır və beləliklə, soyuq mühakimə və təhlil üçün imkanlar çox kiçikdir. Mənim üçün nəticə birdir. İtkilər bizə dövlət sahibi olmaq üçün yeni bir fürsət açdı. Biz müstəqillik əldə etdikdən dərhal sonra özümüz də bilmədən o fürsəti itirməyə başlamışdıq, 1999-cu ilin 27 oktyabrından sonra isə, deyəsən, dönməz şəkildə itirdik. Onlar (müharibədə öldürülənlər - red.) bizim üçün yeni imkan yaratdılar”, - Baş nazir qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol