Az əvvəl “Hizbullah” qruplaşması İsrailin ordusunun bombardmanları zamanı təşkilatın lideri Həsən Nəsrullahın öldürülməsini təsdiqləyib.
“AzPolitika” xəbər verir ki, xəbər təşkilatın Livanda və dünyadakı çoxsaylı tərəfdarlarını məyus edib.
Livanın “Hizbullah”-a bağlı “Əl-Mayadeen” kanalının aparıcısı isə Həsən Nəsrullahın ölümünü xəbər verərkən göz yaşlarına boğulub. Həmin görüntüləri təqdim edirik:
“AzPolitika.info”


Şərhlər
Qəzza bir ildir bombalanırkən,körpələrin qadınların ah-nalələri göyləri titrədirkən Hizbullahın seyrçi qalmasının acı nəticəsidir bu.Çingizxan haqlıydı,deyirdi ki ən yaxşı müdafiə hücumdur.Bunlar anlaya bilmədilər ki qəhrəmanlıq əbədiyyətə atılan bircə addımdır,amma o addımı atmaq cəsarəti yalnız Çingizxan kimi qorxmaz adamlarda olur.İş əmmamədə deyil,adamlar gərək cəsarətli olsun əgər "Hizbullah" kimi böyük bir kəlmənin işığına toplaşıblarsa.Bir il əvvəl,ilk günlərdəncə Həmasla yanaşı sən də vuruşmalıydın,bir il qabaq o savaşda öldürülsəydin böyük qəhrəman kimi adın islam tarixinə yazılacaqdı və İsrail bunca qırğınlardan çəkinəcəkdi.Bu gün öldürülmədinmi?Bir il qabaq,ya indi,nə fərqi oldu?