Menu

Elmi zəkası və məhsuldarlığı ilə fərqlənən professor - Şəfa Əliyev- 65

28.09.2024, 20:00
Elmi zəkası və məhsuldarlığı ilə fərqlənən professor - Şəfa Əliyev- 65

Azərbaycan iqtisad elmində öz dəsti-xətti olan professor Şəfa Əliyevin elmi-pedaqoji fəaliyyətinə və ömür yoluna qeydlər

Uzun illər əməkdaşlıq və dostluq etdiyim, iqtisad elmində özünəməxsus dəsti-xətti olan, strateji düşüncəli və geniş elmi trayektoriyaya malik iqtisadçı-alim professor Şəfa Əliyevin 65 illik yubileyidir. Şəfa Əliyev Sumqayıt Dövlət Universitetinin “Biznesin idarə edilməsi” kafedrasının professorudur, iqtisad elmləri doktoru dərəcəsinə malikdir və eyni zamanda, ictimai əsaslarla Azərbaycan Dövlət İqtisad Universitetində -UNEC-də Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəridir .

Elmi zəkası və məhsuldarlığı ilə fərqlənən professor Şəfa Əliyev 350-dən çox elmi əsərlərin, o cümlədən 5 monoqrafiyanın (biri həm müəllifliklə), 7 kitabın (ikisi həmmüəllifliklə), iki dərsliyin və üç dərs vəsaitinin müəllifidir. Azərbaycan Respublikasının Prezidentinin yanında Elmin İnkişaf Fondunun 2011-ci ildə keçirilmiş 2-ci Qrant müsabiqəsinin qalibidir. Digər tərəfdən, professor Şəfa Əliyevin nüfuzli elmi platformalarda profillərinə (linklərinə) dünyanın tədqiqatçı alimləri, mütəxəssislər, doktorantlar, magistrlər və tələbələr tərəfindən daim istinadlar edilir və sitatlar verilir (Scholar.google - https://scholar.google.com/citations?user=iLFtk9wA... Scopus - https://www.scopus.com/authid/detail.uri?authorId=... - Scopus ID – 56127676300; WoS (Publons) - https://publons.com/researcher/3241061/shafa-aliye...https://www.webofscience.com/wos/author/record/2045956.; Researchgate - https://www.researchgate.net/profile/Shafa-Aliyev; ORCID ID - https://orcid.org/0000-0002-4997-7563 - http://orcid.org/0000-0002-4997-7563;РИНЦ - https://elibrary.ru/author_profile.asp?id=980734)


Qeyd edək ki, Şəfa Tiflis oğlu Əliyev 30 sentyabr 1959-cu ildə Qarabağ bölgəsində - Füzuli rayonunun Mahmudlu-1 kəndində anadan olub. O, 1977-ci ildə Bala Bəhmənli kənd orta məktəbini bitirib. Şəfa Əliyev hələ orta məktəbdə oxuduğu illərdə geniş həcmdə ictimai işlərdə, idman tədbirlərində fəallıq göstərib, rayon və respublika mətbuatında məqalə və oçerkləri ilə çıxış edib.

Şəfa Əliyev 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstutunun uçot-iqtisad fakültəsinə daxil olub və 1986-cı ildə həmin institutu bitirib. O, 1978-1980-ci illərdə Rusiyanın Murmansk vilayətində və Moskva şəhərində ordu sıralarında xidmət edib.

Şəfa Əliyev 1981-2006-cı illər ərzində Sumqayıtın kimya və neft-kimya müəssisələrində çalışıb. O, kimya və neft-kimya müəssisələrində operator vəzifəsindən “Sintezkauçuk” zavodunun direktoru, “Azərkimya” Dövlət Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti vəzifəsinə kimi yüksəlib. O, 1981-1983-cü illərdə bilavasitə istehsalatda növbəli işdə çalışıb, fəxri fərmanlara və pul mükafatlarına layiq görülüb. Şəfa Əliyev 1984-cü ildə “Sintezkauçuk” İstehsalat Birliyinin idarə aparatına irəli çəkilib, birliyin nəzdindəki 41 saylı Orta Texniki Peşə Məktəbinin Komsomol Komitəsinin katibi, “Sintezkauçuk” zavodunun Komsomol Komitəsi Katibinin müavini və raykom hüquqlu Katibi vəzifələrində işləyib.

Şəfa Əliyev 1989-1990-cı illərdə Moskva şəhərində Ümumittifaq Xarici Ticarət Akademiyasında ikinci ixtisas üzrə əlavə təhsil alıb. O, 1989-cu ildən “Sintezkauçuk” İstehsalat Birliyinin maliyyə şöbəsinin rəis müavini, 1990-1995-ci illərdə maliyyə şobəsinin rəisi vəzifəsində işləyib, “Sintezkauçuk” İstehsalat Birliyinin idarəetmə strukturunun yenidən qurulması və bu strukturda bazar iqtisadiyyatlı yönümlü şöbələrin təşkilində fəal iştirak edib.

Şəfa Əliyev 1995-ci ilin sentyabr ayından “Azərikimya” Dövlət Şirkəti aparatında çalışıb, 1997-2000-ci illər ərzində “Azərikimya” Dövlət Şirkətinin Rusiya Federasiyasında nümayəndəliyinin (Moskva şəhəri) başçısı kimi fəaliyyət göstərib. Şəfa Əliyev “Azərikimya” Dövlət Şirkətinin Rusiya Federasiyasında nümayəndəsi işlədiyi illərdə neftkimya müəssisələrinin xammal təchizatının yaxşılaşdırılması, satış bazarlarının, iqtisadi əlaqələrin genişləndirilməsi üçün müxtəlif illərdə Norveç, İsveç, Macarıstan, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Baltikyanı ölkələr, Çexiya, Slovakiya, Polşa, Rumıniya, Moldova, Özbəkistan, Türkmənistan, Gürcüstan, ABŞ, Türkiyə, Hollandiya və s. ölkələrə səfərlər edib, işgüzar əlaqələrin təşkilinə nail olub.

Şəfa Əliyev 2001-2003-cü illərdə “Etilen-Polietilen” zavodunda baş iqtisadçısı vəzifəsində işləyib və bu zavodun zərərlə işləməsinin qarşısının alınmasında müstəsna xidmətləri olun, zavodun fəaliyyətinin və idarə edilməsinin təkmilləşdirilməsində çoxsaylı təklifləri ilə çıxış edib, onların yerinə yetirilməsinə nail olub və zavodda istehsal olunan məhsulların maya dəyəri göstəriciləri əhəmiyyətli səviyyədə yaxşılaşdırıb. 2003-cü ilin may ayında “Səthi Aktiv Maddələr” zavodunun iqtisadi məsələlər üzrə direktor müavini təyin edilib. 2003-2006-ci illərdə “Azərikimya” DŞ-nin Vitse-Prezidenti və “Sintezkauçuk” zavodunun direktoru vəzifələrində işləyib.

Şəfa Əliyev 2006-ci ilin iyul ayından 2011-ci ilin aprel ayınadək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru, 2011-ci ilin aprel ayından 2013-cü ilin may ayınadək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsinin direktoru vəzifəsində işləyib. Şəfa Əliyev 2013-cü ilin may ayından dekabr ayınadək Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsində işləyib. 2014-2017-ci illərdə Birləşmiş Millətlər Sənayenin İnkişafı Təşkilatının (BMSİT) Resurslardan Səmərəli İstifadə və Təmiz İstehsalat (RSİTİ) Numayiş Proqramının Milli Eksperti vəzifəsində işləyib.

2009-cu il may ayının 26-dan 2017-ci ilin iyunun 1-nə kimi Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketinq” (indiki adı “Biznesin idarə edilməsi”) kafedrasında dosent vəzifəsində işləyib, hazırda həmin kafedrada professor vəzifəsində işləyir. “Azərbaycan iqtisadiyyatı”, “Azərbaycanın xarici-iqtisadi siyasəti”, “Beynəlxalq iqtisadi əlaqələrin tənzimlənməsi”, “Beynəlxalq nəqliyyat əməliyyaltarı”, “İqtisadi diplomatiya”, “Azərbaycanın xarici-iqtisadi əlaqələri”, “Azərbaycanın xarici-iqtisadi siyasəti”, “Azərbaycanın xarici-iqtisadi əlaqələri”, “Azad İqtisadi Zonalar” , “Xarici iqtisadi siyasət”, “Azərbaycan iqtisadiyyatı”, “Marketinq” (rus dilində), “Azərbaycan iqtisadiyyatı” (Rus dilində), “Dünya iqtisadiyyatı” (Rus diliində), “Gömrük işi” (Rus dilində) fənnlərindən mühazirələr oxuyur.

Şəfa Əliyev Sumqayıt Dövlət Universitetində iqtisadi məktəbin yaradılması və elmi dərəcəli kadrların hazırlanmasında təşəbbüskarlığı və səmərəli fəaliyyəi ilə fərqlənir. Hazırda iqtisad elmləri doktoru hazırlığı üzrə 4 nəfərin elmi məsləhətçisi və iqtisad üzrə fəlsəfə doktoru hazırlığı üzrə 5 nəfərin elmi rəhbəridir, artıq iki nəfər doktorantın dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

2007-ci ilin may ayının 30-da Azərbaycan Dövlət İqtisad Universitetində “Azərbaycanın Rusiya ilə ticarət-iqtisadi əlaqələrinin problemləri və perspektivləri” mövzusunda dissertasiya işinini müdafiə etmiş və iqtisad elmləri namizədi alimlik adını almışdır (İqtisad elmləri namizədi-15 yanvar 2008-ci il-Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissyası - EN-№048-27-15.01.2008; Dosent-22 aprel 2013-cü il-Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissyası-DS № 04328 – 22.04.2013). Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasinin qərarı ilə 2008-ci ildə “Xüsusi iqtisadi zonaların təşkili problemləri və inkişaf perspektivləri” mövzusunda doktorluq işi təsdiq edilmiş və 2015-ci il noyabr ayının 15-də Azərbaycan Dövlət İqtisad Universitetində 5307.01 – “İqtisadi nəzəriyyə” ixtisası üzrə “Xüsusi iqtisadi zonaların təşkili və inkişaf perspektivləri” mövzusunda dissertasiya işini müdafiə etmiş və iqtisad elmləri doktoru alimlik adını almışdır (İqtisad elmləri doktoru-25 noyabr 2016-cı il, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissyası - ED-01755-25.11.2016-cı il - Protokol № 10R). 26.05.2023-cü ildə 5308.01. - “Ümumi iqtisadiyyat” ixtisasında professor elmi adına layiq görülmüşdür (PR-№0184-26.05.2023. – Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissyası).

Professor Şəfa Əliyev dünyanın 30-dan çox ölkəsində konfrans və seminarlarda, simpoziumlarda, o cümlədən ABŞ, Fransa, İsveç, Norveç, Macarıstan, Baltikyanı dövlətlər, Çexiya, Hollandiya, Türkiyə, Polşa, Bolqarıstan, Slovakiya, Rusiya, Ukrayna, Belarus və s. ölkələrdə keçirilən tədbirlərdə iştirak edib, çıxışlar və məruzələr edib. Beynəlxalq Əmək Təşkilatının xətti ilə İsveç, Macarıstan və Balikyanı ölkələrdə keçirilən tədbirlərdə iştirak etmişdir. Rusiya və digər keçmiş SSRİ ölkələrinin 150-dən çox şəhərlərində, subyekt mərkəzlərində işgüzar ezamiyyətlərdə, xarici iqtisadi əlaqələrin qurulması üzrə tədbirlərdə, görüşlərdə olmuşdur. Azərbaycanın 50 şəhər və rayonlarının Məşğulluq Mərkəzlərində İşçi qrupunun rəhbəri kimi olmuş, yerlərdə işlərin daha səmərəli təşkili ilə baglı seminarlar keçirmiş və real vəziyyəti əks etdirən hasabatlar hazırlamışdır.

Professor Şəfa Əliyev Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17 aprel 2017-ci il tarixli 135 nömrəli Əmri ilə “İqtisadiyyat” elmləri üzrə Ekspert Şurasının üzvü-Elmi katib təsdiq edilmiş və 2018-ci ilin sonuna kimi bu Şurada fəaliyyət göstərmiş, 2020-ci il oktyabrından yenidən İqtisad elmləri üzrə Ekspert Şurasının üzvü-Elmi katib təsdiq edilmiş və 2023-cü ilin iyul ayına kimi fəaliyyətini davam etdirimişdir. Beynəlxalq İqtisadçılar Assosiasiyasının (London-European Economic Association - https://www.eeassoc.org/) və Rusiya iqtisad elmində güclü nüfuza malik olan-Moskvada fəaliyyət göstərən, akademik R.S.Qrinberqin rəhbərlik etdiyi “Yeni İqtisadi Assosiasiya”nın (Новая Экономическая Ассоциация. www.econurus.org) üzvüdür. “Rusiya sahibkarlığı jurnalı”nın ekspertlər şurasının üzvüdür (https://creativeconomy.ru/journals/rp/editorial-bo... 2017-ci ilin fevral ayından Moskvada nəşr olunan və Rusiya Ali Attestasiya Komissiyasının doktorluq dissertasiya işlərinin elmi nəticələrinin nəşr olunduğu “İqtisadi münasibətlər” elmi-praktiki jurnalının redaksiya heyətinə üzv seçilmişdir. www.eo.creativeconomy.ru). (Jurnal 12.02.2019-cu ildən Rusiya AAK-na daxildir. Rusiya Elmi Sitat İndeksi (РИНЦ) - 0,368). 2018-ci ildən Rusiya Ali Attestasiya Komissiyasının doktorluq dissertasiya işlərinin elmi nəticələrinin nəşr olunduğu “Maliyyə iqtisadiyyatı” (Moskva) elmi-analitik jurnalının redaksiya heyətinə üzv seçilmişdir. https://finanec.ru/redakcionnyj-sovet-i-kollegija/... (Jurnal Rusiya AAK-na 28.12.2018-ci ildən daxildir - http://arhvak.minobrnauki.gov.ru/web/guest/87. ikiilik Rusiya Elmi Sitat İndeksi (РИНЦ) 2018 - 0,202. (https://elibrary.ru/title_about.asp?id=28699). Saytı: https://finanec.ru/.). Journal Of Monetary Economics and Management-in redaksiya heyətinin üzvüdür (RF-https://www.elibrary.ru/title_about_new.asp?id=796... ; https://jomeam.ru/editorial-board). Journal of Monetary Economics and Management-in redaksiya heyətinin üzvüdür (RF-https://www.elibrary.ru/title_about_new.asp?id=796... https://jomeam.ru/editorial-board).

Professor Şəfa Əliyev Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının dövrü nəşrlər siyahısına daxil olan “Geostrategiya” (https://geostrategiya.az/pdf/2023/0375.pdf), “Kooperasiya” (http://www.kooperasiya-journal.az/wp-content/uploa..., Qərbi Kaspi Universitetinin “Elmi xəbərləri” (İctimai və Texniki elmlər seriyası) (https://journal.wcu.edu.az/uploads/files/icitmaite... jurnallarının redaksiya heyətinin üzvüdir. O, həm də Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür - http://ajb.az/site/?sec=mdata&mid=61&lang=1.

Professor Şəfa Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə ”Tərəqqi” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 18.11.2022-ci il tarixli K-1349 nömrəli əmri ilə “Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi Döş Nişanı” ilə təltif edilmişdir.

Professor Şəfa Əliyev Yeni Azərbaycan Partiyasının üzvüdür, üç övlad atasıdır və yeddi nəvəsi vardır.

Professor Şəfa Əliyev hazırda elmi-pedaqoji fəaliyətinin ən yetkin və məhsuldar dövrünü yaşayır. O, Sumqayıt şəhərin və ümumilikdə ölkənin ictimai-siyasi həyatında və dövlətimizin iqtisadi siyasətinin gücləndirilməsində, təbliğində səmərəli fəaliyyəti ilə diqqət mərkəzindədir. Televiziya kanallarında və digər kütləvi informasiya vasitələrində dövlətin iqtisadi siyasətinin fəal təbliğatçılarından biridir. İqtisadçı-ekspert statusunda sosial-iqtisadi problemlərə münasibət bildirir və təhlillər aparır.

Professor nüfuzlu elmi platformalarda reytinqinə görə Sumqayıt Dövlət Universitetinin alimləri arasında ilk yerdədir və ölkə iqtisadçıları arasında isə ilk üçlükdədir.

Professor Şəfa Əliyev gündəlik fəaliyyətində ətalətdən və biganəlikdən uzaqdır, o, daim elmi axtarışdadır. Dövlət səviyyəsində strateji və actual məsələlər üzrə öz fikrini bildirir, təkliflər verir və ekspert kimi public çıxışlar edir. Eyni zamanda, elmi əsərləri, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadiyyat quruculuğunun intensivləşdirilməsi istiqamətlərində məqalələrlə yerli və beynəlxalq elmi jurnallarda, konfranslarda dərc olunur, məruzələr və çıxışlar edir, təkliflər verir. 65 illik yubileyi münasibətilə professor Şəfa Əliyevi təbrik edir və ona elmi-pedaqoji fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

Zahid Fərrux oğlu Məmmədov

Azərbaycan Dövlət İqtisad Universitetinin

(UNEC) “Elmi fəaliyyətin təşkili və idarə edilməsi”

Departamentinin direktoru, əməkdar müəllim,

iqtisad elmləri doktoru, professor                     

Şərhlər

Roma 2024-09-30 11:56:38

Bu Şəfa Əliyev İlf və Petrovun "12 stul", "Qızıl dana" əsərlərinin qəhrəmanı olan Ostap Benderə dərs keçər...

Roma 2024-09-30 11:05:23

..onu az-çox, yəni nisbətən qiyabi də olsa tanıdığımdan, olmayan savadına bələd olduğumdan, deyirəm ki, hər şey cırlaşdığı kimi, elmi adlar da cırlaşıb ... gəlib "Millətə, Xalqa ELM" öyrədir... Dağıl ay dünya....

Roma 2024-09-30 09:14:58

"Elmi zəkası və məhsuldarlığı ilə fərqlənən professor - Şəfa Əliyev- 65"...Belə bir gülməli başlığ yazıb, Zahid Fərrux oğlu Məmmədov-Azərbaycan Dövlət İqtisad Universitetinin, (UNEC) “Elmi fəaliyyətin təşkili və idarə edilməsi” Departamentinin direktoru, əməkdar müəllim, iqtisad elmləri doktoru, professor..."Professor" Şəfa haqqında bu sözləri yazmısansa, Zahid professor, yəqin elə sən də onun tayısan. Hələ bir az da qabağa gedərək gör nə deyirsən: " Professor nüfuzlu elmi platformalarda reytinqinə görə Sumqayıt Dövlət Universitetinin alimləri arasında ilk yerdədir və ölkə iqtisadçıları arasında isə ilk üçlükdədir."...Çox gülməli və ağlamalı, necə deyərlər, "TRAGİKOMİK" yazıdır... Daha sənə sözüm yoxdur, Nəsibə Zeynalova demişkən ay Zahid, PIRDIFISSIR...



Roma 2024-09-29 19:44:51

"Bərəkallah".....Elmi adları (elmlər namizədi, elmlər doktoru) satması ilə adına cinayət işi açılmışdı, həmən bu Şəfa "professorun"...heç üstündən 1-2 il keçməyib, necə başa düşək???????...

Fərmayıl Abbaslı 2024-09-29 02:32:59

Şəfa Əliyev bir il bundan qabağ Ali Atestasiya Komisiyada katib vəzifəsində olarkan ittiham olunub. AAK-dan olduqca ağlabatan şəkildə uzağlaşdırılıb.

dadaşyev 2024-09-28 21:33:44

Aİ-95.Deyilənə görə Sovet vaxtı taksi şoferləri Qaz-24 maşınların bakına azcıq nəsə tökürdülər,Aİ-72 dönüb olurdu Aİ-92.İndi nəsə töküb Aİ-95 eləmək olar görəsən?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol