"Hizbullah" lideri Həsən Nəsrullah həlak olduqdan sonra onun gözlənilən varisi ilə bağlı suallar yaranıb. Hərəkatın liderliyinə bəhs edilən əsas ad, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının keçmiş komandanı Qasım Süleymaninin kürəkəni və Nəsrullahın əmisi oğlu Haşim Safi əd-Dindir.
Bu barədə "Azad İran" "Telegram" kanalı İran mediasına istinadla xəbər verib.
Bildirilir ki, o, Tehranla da çox yaxşı münasibətlərə malikdir. Şeyx Həsən Nəsrullah 1994-cü ildə partiyadakı vəzifələri öz üzərinə götürmək üçün onu Beyruta çağırana qədər bir neçə il Qum elmi-dini hövzəsində təhsil alıb.
Qeyd olunub ki, o vaxtdan zahiri görünüşü və baxışlarına görə əmisi oğluna bənzəyən Səfi əd-Din varis hesab olunub.


Şərhlər
Qiyafətinizi dəyişin.21-ci əsrdə min il əvvəllərin geyimiylə camaat arasına çıxmağın içində bir teatrallıq var,əbayla əmmaməylə meydana çıxıb artistlik eləməyin.Əsrə uyğun geyinin,sonra danışın görək nə deyirsiniz.Bədbəxt islam ümmətinin beynini naftalinli qiyafətlərinizlə daha da bulandırmayın.Protestantlar niyə dünyada söz sahibidirlər?Çünki pravoslav və katoliklərdən fərqli olaraq hər əsrdə öz icmalarındakı adamlar hansı tipdə geyinmişlərsə o geyimdə çıxmış onların pastorları xalq arasına.Heç bir protestant pastorun əynində papanın,arxiyepiskopun,patriarxın,keşişin geyimini görəmməzsiniz.Kostyumda,qalstukta çıxarlar camaat qabağına,dindən danışarlar.Onlara qulaq asanlar da onları özlərindən hesab edərlər buna görə.Yoxsa islam aləmində min illərdir ki xalqla mollalar arasında əbayla əmmamə keçilməz sədd kimi durub.Bir türlü qurtulammırıq bu gərəksiz aksessuarlardan.A balam,önəmli olan əba,yoxsa pencək geymək deyil,nə dediyindi,nə düşündüyündü.