Menu

Xalid Bağırovun vəkillik fəaliyyəti dayandırıldı

10.12.2014, 11:05
Xalid Bağırovun vəkillik fəaliyyəti dayandırıldı

Bu gün Azərbaycan Vəkillər Kollegiyası vəkil Xalid Bağırovun vəkilliyinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edib və məhkəməyə qədər X.Bağırovun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Bu barədə Turan-a X.Bağırov özü bildirib.

Onun sözlərinə görə, Vəkillər Kollegiyasının qərarına REAL Hərəkatının lideri İlqar Məmmədovun şikayəti ilə bağlı Şəki Apellyasiya Məhkəməsindəki çıxışı səbəb olub. “Mən məhkəmədə çıxışımda demişəm ki, Azərbaycanda ədalər olsa idi belə qərəzli hökm olmazdı və Rəşid Hüseynov hakim işləməzdi. Vəkillər Kollegiyası mənim bu sözlərimə istinad edərək qərar çıxardı”, - o qeyd edib.

Xalid Bağırov ölkədə tanınmış vəkillərdəndıir. O, çoxsaylı siyasi məhbusun vəkilidir. Siyasi və “vicdan” məhbusu kimi tanınan İlqar Məmmədov, Leyla Yunus, Hilal Məmmədov, Əbdül Əbilov, NİDA-çılar və digər çoxsaylı vətəndaşın hüquqlarını müdafiə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol