Menu

Sentyabrın 30-da dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

29.09.2024, 13:20
Sentyabrın 30-da dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, sentyabrın 30-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol