Menu

Rus ordusunun Kursk istiqamətində hücum cəhdi uğursuz olub- VİDEO

30.09.2024, 11:31
Rus ordusunun Kursk istiqamətində hücum cəhdi uğursuz olub- VİDEO

Rusiya qoşunlarının Kursk vilayətindəki Ukrayna qüvvələrini məhv etmək üçün həyata keçirdikləri növbəti hücum cəhdi uğursuzluğa düçar olub.

“AzPolitika” xəbər verir ki, Ukrayna mətbuatının yazdığına görə, onlarla hərbi texnika və xeyli sayda canlı qüvvənin cəlb edildiyi hücum Ukraynanın nəzarətində olan Plexovo kəndi istiqamətində həyata keçirilib. Lakin bu qüvvələr əvvəlcə rusların özlərinin vaxtilə yaratdıqları tələyə düşüblər. Sonra isə Ukrayna PUA-larının və artilleriyasının zərbələrinə məruz qalıblar.

“Forbes” nəşri yazıb ki, kəndin yaxınlığında ruslar özləri tərəfindən yaradılmış iki əsas müdafiə strukturu - tank əleyhinə tələlərə, eləcə də xəndək və beton maneələr xəttinə ilişib qalıb.

Ukraynalı jurnalist Yuri Butusov isə “teleqram”da paylaşıb ki, Plexovo kəndi ərazisində Ukrayna 129-cu Ərazi Müdafiə Briqadasının PUA-ları “Rusiya işğalçılarına “dərs keçiblər” – onlarla zirehli texnikanı yandırıblar və düşmənin şəxsi heyətini məhv ediblər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol