Rusiya yenidən İran dronları ilə Ukraynaya kütləvi hücum edib.
"AzPolitika" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, ötən gecə Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri İran istehsalı olan 73 ədəd "Şahid" dronundan 67-ni zərərsizləşdirib.
Bildirilib ki, Ukrayna qüvvələri həmçinin bir ədəd "X-59/69" raketini də vurublar.
Qeyd olunub ki, Rusiya ordusu "Şahid" dronları ilə Ukraynanın Kiyev, Çerkassı, Vinnitsa, Kirovoqrad, Jitomir, Poltava, Çerniqov, Xarkov, Dnepropetrovsk və Nikolayev əyalətlərini hədəfə alıb.
"AzPolitika.info"


Şərhlər