Üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxşında söyləyib.
Dövlət başçısı XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalar haqqında danışıb.
“1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”.


Şərhlər
Düz 36 ildir qaçqınlar həp bu xəyalla yaşadılar. Yaşaya-yaşaya da cismən tükəndilər. Son çıxışda çıxılan kəndlərin ev sahiblərindən hər kənddən 5-3 nəfər qalıb. Vaxt keçdikcə onlar da vətənsizlikdən və dərtdən tərki dünyalıq olub gedəcəklər.. Az zaman deyil. Son deportasiyadan düz 36 il keçir. Bu tarix 20-ci əsrdəki deportasiyalar arası qayıdışın ən uzun dövrülüsü olur ( təbii ki o da hələ nə zaman olacaq, bilinmir). İndiki insan ömürün 2/3-si qədərdir bu zaman. Bu baxımdan inanın o yerlərə dönməyin özü belə həsrəti qədər kədərlidir. Amma bütün bunlara baxmayaraq, nə qədr çətin və ağrılı olsa da qaçqınıar o torpaqlara, dönəcəklər. Vətənin ömürü olmaz. Ömrü olsa idi əgər, hər zaman keçdikcə daha da şirinləşməzdi. İnşallah Ölkə Başçısı, Naxçıvanda babasının məzarı başında ürəyində dediyi və arzuladığı o gün gələcəkdir.