İranda silahlı hücum olub, 6 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Naməlum şəxslərin silahlı hücumu nəticəsində Sistan və Bəlucistan vilayətinin Nikşəhr rayonunda yerləşən Bent şəhərinin SEPAH komandiri Pərviz Kadxodaei öldürülüb.
Hücum zamanı Bent Şəhər Şurasının rəhbəri Yusif Şirani, hərbi xidmətə çağırılan iki əsgər və daha 2 nəfər də həyatını itirib.
***
İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətininin Nikşəhr dairəsinin Bennet rayonunda xeyriyyə tədbirinə silahlı hücum nəticəsində üç nəfər ölüb, ikisi yaralanıb.
“Report” “Mehr”ə istinadən xəbər verir ki, bu barədə Nikşəhr valisi Mucib Hüsni məlumat verib.
Bildirilib ki, ölənlərdən biri Sepahın Bennet korpusunun komandiri Pərviz Kodxodaidir.


Şərhlər