Menu

İki azərbaycanlı alim nüfuzlu reytinqlərdə – Dünyanın ən yaxşıları sırasındadırlar

01.10.2024, 13:05
İki azərbaycanlı alim nüfuzlu reytinqlərdə – Dünyanın ən yaxşıları sırasındadırlar

Stenford Universiteti bu ilin sentyabr ayında növbəti dəfə dünyanın ən yaxşı 2 faiz alimlərinin reytinq siyahısını təqdim edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnformasiya və Texnologiyalar İnstitutunun məlumatında bildirilir.

Qeyd olunur ki, bu siyahı 2019-cu ildən başlayaraq hər il dərc edilir və dünyanın çox nüfuzlu akademik nəşriyyatı olan “Elsevier” şirkətinin “Scopus” elmmetrik bazasının bir il əvvəlki məlumatları əsasında hazırlanır. “Reytinq siyahısı bir çox elmmetrik göstəricilər nəzərə alınmaqla çoxmeyarlı qiymətləndirmə əsasında hazırlanır”, - məlumatda qeyd olunur.

“İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevin adı bu il də həmin siyahıya daxil edilib. Qeyd etmək lazımdır ki, 2020-ci ildən başlayaraq ardıcıl olaraq artıq 5-ci ildir ki, akademik Rasim Əliquiyev bu siyahıda yer alır. O, bu siyahıya dünyanın bütün ölkələrində süni intellekt sahəsində tədqiqat aparan və məqalələri “Scopus” bazasında indeksləşən 399064 alimin arasından seçilib. Vurğulamaq lazımdır ki, digər elm sahələrinə nəzərən ən böyük rəqabət məhz süni intellekt sahəsindədir”, - İnstitutdan verilən informasiyada vurğulanır.

Bildirilir ki, Stenford Universiteti yuxarıda qeyd olunan siyahıdan başqa, hər il eyni metodika əsasında, lakin uzunmüddətli dövrü əhatə edən ikinci (“karyeraboyu təsir”) siyahını təqdim edir. “Belə ki, əgər birinci siyahı tədqiqatçının hesabat ilindəki elmi nəticəsinə görə hazırlanırsa, “karyeraboyu təsir” siyahısı tədqiqatçının 1996-cı ildən hesabat ilinə qədərki (1996-2023) dövrü əhatə edən elmi fəaliyyətinin nəticəsi əsasında hazırlanır. İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev 2024-cü ildə süni intellekt sahəsi üzrə “karyeraboyu təsir” reytinq siyahısında yer alıb. O da bu siyahıya 399064 alimin arasından seçilib. Ramiz Alıquliyev 2020-2023-cü illərdə süni intellekt sahəsində dünyanın ən yaxşı 2 faiz alimlərinin reytinq siyahısına daxil edilib”, - İnformasiya və Texnologiyalar İnstitutunun məlumatında qeyd olunur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol