Menu

"Rusiya ABŞ ilə siyasi və hərbi qarşıdurmaya hazırdır" - Lavrovun müavini

01.10.2024, 19:02
"Rusiya ABŞ ilə siyasi və hərbi qarşıdurmaya hazırdır" - Lavrovun müavini

“Rusiya ABŞ ilə münasibətlərin normallaşmasını gözləmir və uzunmüddətli siyasi və hərbi qarşıdurmaya hazırdır”.

APA-nın RİA “Novosti”yə bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, rəsmi Moskva dəfələrlə Vaşinqtona bununla bağlı siqnallar göndərib. Rusiya XİN-in rəsmisi ABŞ-nin Rusiyanı məğlub edə bilməyəcəyini də sözlərinə əlavə edib:

“ABŞ-dəki hər iki siyasi partiyada Rusiya ilə münasibətlərə dair vahid fikir mövcuddur. Ona görə də münasibətlərimizin normallaşmasına dair hər hansı illüziyalara qapılmağı doğru saymıram”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol