Azərbaycanda ev təsərrüfatlarının 54,7%-də büdcə kəsiri, 25,5%-də borcların ödənilməsi əsas məxaricdir
“Business Insight” ildə 4 dəfə təşkil etdiyi “Azərbaycan sakinlərinin həyat tərzi” adlı tədqiqatını aparmışdır.
Noyabrın 2-dən 22-nə qədər aparılan sonuncu tədqiqat Bakıda və regionlarda 18 yaşdan 50 yaşa qədər olan 1025 respondenti əhatə etmişdir. Bu zaman respondentlərin orta hesabla ayda 833 manat ailədə və 460 manat şəxsi gəlirləri olmuşdur.
TƏXMİNƏN 20 FAİZ GƏLİRLƏRİ İLƏ TƏLABATLARINI ÖDƏYƏ BİLİR
Sorğu prosesində aydın olmuşdur ki, respondentlərin 54,7%-də gəlirlər qismən onların tələbatlarını ödəyir, 25,6%-də isə gəlirlər tələbatları örtmür və Azərbaycan vətəndaşlarının yalnız 19,7%-də gəlirlər tələbatları tam ödəyir.
“Fondlaşma” defisiti şəraitində vətəndaşlar öz maliyyə kəsirlərini “taksit” ödəmə kartları (respondentlərin 31,7%-i), təmir üçün kreditlər (23,3%-i) və istehlak kreditləri (17,6%-i) vasitəsilə ödəyirlər. Bu zaman biznes kreditləri yalnız 12,9% respondentə yetərlidir. Bu halda borcların ödənilməsi respondentlərin 25,5%-i üçün 12 ay perspektiv üçün əsas məxaric olaraq qalır.
CƏMİ 3% ƏHALİ GƏLİRLƏRİNİN YARISINI YIĞA BİLİR
Ev təsərrüfatları büdcələrinin kəsiri şəraitində vətəndaşlar yığıma qadir deyillər. Belə ki, respondentlərin 56,9%-i pul yığa bilmir. Vətəndaşların 7,1%-i gəlirin 5%-ni, 5,3%-i 5%-dən 10%-ə qədərini, 5,2%-i isə 10%-dən 15%-ni yığım üçün ayırır. Bu halda ölkədə öz gəlirinin 50%-ni yığa bilən 3% “xəsis” olduğu aşkar olunmuşdur.


Şərhlər