İrandan İsrailə 500-ə yaxın raket atılıb.

"Report" xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.

Bundan əvvəl İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari müraciətində bildirib ki, İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb.

***

İran tərəfindən İsrailə 100 ballistik raket və qanadlı raket atılıb.

APA xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Hücumun miqyası və səviyyəsi ilə bağlı təfərrüatlar açıqlanmayıb.

“İrandan İsrailə raketlər atıldığı üçün bütün İsrail mülki vətəndaşları bomba sığınacaqlarındadır”, - qeyd edilib.

"ABC News" xəbər verir ki, İsraildəki hədəflərə, o cümlədən MOSSAD-ın mərkəzi ofisinə və 3 aerodroma 2 dalğada 240-250 raketin buraxılması gözlənilir. 

ABŞ administrasiyasındakı mənbə bildirib ki, İsrailin cavab zərbələri endirəcəyi gözlənilmir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu da (SEPAH) İsrailə raket zərbəsi endirdiyini açıqlayıb.

"Report" bu barədə İranın "Tasnim" agentliyinə istinadən xəbər verir.

"The Jerusalem Post" qəzeti məlumat yayıb ki, İrandan İsrailə 400-dən çox raket atılıb.

İndiyədək hava hücumları nəticəsində 4 nəfərin həlak olduğu bildirilir.

İrandan İsrailə doğru 400-ə yaxın raket atıldığını “Jerusalem Post" da təsdiq edib.

İranın dövlət televiziyası isə İsrailə qarşı davam edən ballistik raket hücumunun yalnız birinci dalğa olduğunu və növbəti raundların gözlənildiyini bildirib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbəsi endirdiyini açıqlayıb.

SEPAH xəbərdarlıq edib ki, İsrail hərbi reaksiya verərsə, sarsıdıcı cavabla üzləşəcək.