Menu

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri Aralıq dənizində İran raketlərini vurub

02.10.2024, 10:20
ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri Aralıq dənizində İran raketlərini vurub

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Aralıq dənizindəki gəmiləri İranın İsrail ərazisinə atdığı bir neçə raketi vurub.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" mənbələrə istinadən yazıb.

Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Ağ Evin məlumatına görə, İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol