Menu

İsrail BMT-nin baş katibindən də "inciyib"...

02.10.2024, 14:41
İsrail BMT-nin baş katibindən də  "inciyib"...

İşğalçı İsrail rejiminin Xarici İşlər Nazirliyi BMT-nin Baş katibi Antoniu Quterreşi "arzuolunmaz şəxs" (persona non grata) elan edib.

"AzPolitika" xəbr verir ki, bu barədə İişğalçı rejimin XİN rəhbərii İsrael Kats bildirib.

Xarici işlər naziri İranın İsrailə raket hücumundan sonra Quterreşin bəyanatını pisləyərək BMT-nin Baş katibi Antoniu Quterreşi "arzuolunmaz şəxs" elan etmək və onun ölkəyə girişini qadağan etmək qərarına gəldiklərini bəyan edib.

Qəzzanı, Livan ərazilərini işğal edən rejimin XİN rəhbərii BMT-nin çağrışlarına baxmayaraq tərətdikləri qətliamları "unudaraq"  Antoniu Quterreşi  qatillərə dəstək verməkdə ittiham edib. 

“İranın İsrailə qarşı hücumunu birmənalı şəkildə pisləyə bilməyən kəs İsrail torpağına ayaq basmağa layiq deyil. Bu, təcavüzkarlara və qatillərə dəstək verən anti-İsrail Baş katibidir", - Kats  qeyd edib.

Şərhlər

Əliəddin 2024-10-02 16:08:18

Həyasızlığın TƏNTƏNƏSİ!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol