Menu

Zakir Qaralovun əmisi qızına yeni vəzifə verildi

03.10.2024, 11:40
Zakir Qaralovun əmisi qızına yeni vəzifə verildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mehriban Qaralovaya yeni vəzifə verilib.

"AzPolitika" qaynarinfo-ya istinadla xəbər verir ki, müvafiq əmrlə Mehriban Qaralova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Xocasən Sağlamlıq Mərkəzinin direktoru təyin olunub.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsindən azad edilən Mehriban Qaralova uzun müddət işsiz qalıb. Mehriban Qaralova sabiq baş prokuror Zakir Qaralovun əmisi, mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol