Menu

Bakının Şərifzadə küçəsində avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edilib

03.10.2024, 17:36
Bakının Şərifzadə küçəsində avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edib.

Məlumata görə, küçədə avtobus zolağının saat 07:00-21:00 aralığında qüvvədə olma vaxtını göstərən yol nişanı quraşdırılıb. Beləliklə, A.M.Şərifzadə küçəsində digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.

Qaydalara riayət etməyənlər üçün 100 manat cərimə və 2 bal müəyyən edilib.

"Gündəlik 155 mindən çox sərnişinin daşındığı bu zolaqlar ictimai nəqliyyatın rahatlığı və səmərəliliyi üçün çox önəmlidir", - deyə AYNA bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol