Ukrayna hərbçiləri Kursk vilayətinin Qluşkovski rayonuna hücumlarını davam etdirir. Lakin burada hər hansı əhəmiyyətli irəliləyiş qeydə alınmayıb.
“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında belə deyilir.
Oktyabrın 3-də Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri Novıy Put (Vesyolının cənubu) yaxınlığındakı Rusiya mövqelərini yarmağa çalışıb.
Rusiyanın hərbi müxbirləri oktyabrın 2-də bildirib ki, guya ruslar Vesyolı yaxınlığında itirilmiş mövqelərini bərpa ediblər və döyüşlər qəsəbə yaxınlığında davam edir. Lakin ISW-də bu barədə məlumat yoxdur. Bundan əlavə, Kursk bölgəsindəki Ukrayna platsdarmının digər istiqamətlərində də döyüşlər qeydə alınıb, lakin cəbhə xəttində təsdiqlənmiş heç bir dəyişiklik olmayıb.
Rusiya Müdafiə Nazirliyi döyüşlərin Olqovka və Kremennoye, Obuxovka və Nikolaevo-Daryino, Novoselovka və Plexovoy ərazilərində davam etdiyini bildirib.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya qoşunları ötən gün Rusiya ərazisi üzərində 113 Ukrayna PUA-sını vurub.
Bu arada Ukrayna mətbuatı Hərbi Kəşfiyyat İdarəsinə istinadla yazıb ki, Voronej vilayətindəki Borisoqlebsk aerodromuna PUA zərbəsi endirilib və hava bombalarının saxlandığı anbara, eləcə də Su-35/34 təyyarələrinin anqarlarına zərər vurulub.
“AzPolitika.info”


Şərhlər