Baş nazir Əli Əsədov Əhməd Əhmədzadənin Nazirlər Kabinetinin Aparatındakı vəzifəsini dəyişib.
Qaynarinfo-nun məlumatına görə, Əhməd Əhmədzadə baş nazirin müşaviri vəzifəsindən köməkçi vəzifəsinə keçirilib.
Bununla da, baş nazirin köməkçilərin sayı 3-ə (Əhməd Əhmədzadə, Mehman Tağıyev, Fəxri İsmayılov) çatıb. Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov isə baş nazirin müşaviridir.
Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadə 2021-ci ilin aprel ayında baş nazirin müşaviri təyin olunmuşdu.


Şərhlər
Əvvəla Baş Nazir nəyi həll edir ki, bu pampersdə gəzən qoca-qaltaqlar ona nə kömək edəcək?! Sonrası da Nazirlər Kabinetimizi pensionerlər klubuna döndəriblər ki, orda xöşbəxt qocalıqlarını başa vursunlar. Onlardan nəsə iş gözləyən, uman da yoxdur. İşləyən p.. idilərsənelə qoyardılar vəzifələrində işləyirdilər də
meliorasiya su təsərrüfatını ağ (qara günə saldıı ) günə çıxardı,indi Baş nazirə köməkçi oldu?O nəyə kömək edəcək?