“Azərbaycana qarşı sanksiya müraciətinin müəllifi Amerika Dövlət Departamentinin Dövlət katibidir”
“Bu gün səhər mənə məlumat verildi. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Bu müraciətin müəllifi, ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir”.
“AzPolitika” xəbər verir ki, bu sözləri Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında çıxışı zamanı bəyan edib.
“Bu gün Rusiya-Ukrayna müharibəsinə baxın, Qərb dövlətləri, Fransa, Amerika, o birilər nə deyirlər? Deyirlər, Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir, Ukrayna silahdan istifadə etməlidir. Bütün növ silahları Ukraynaya verirlər. Yaxşı, bəs bizim işğal altında olan torpaqlarımıza niyə münasibət fərqli idi? Axı, bizim də ərazi bütövlüyümüz pozulmuşdu. Bizim insanlar – 1 milyon insan evsiz-eşiksiz qalmışdır. Kim bizə kömək edirdi? Vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, çadırlarda 1 milyon insan yaşayanda niyə bu dərəcədə ikiüzlülük göstərilirdi? Bu suallara cavab tələb edirik”, - dövlət başçısı qeyd edib.
Prezident bildirib ki, bu cavabı vermək əvəzinə ölkəmiz sanksiya ilə hədələnir: “Amma cavabı biz harada görürük? Yenə də anti-Azərbaycan addımlarında. Bu gün səhər mənə məlumat verildi. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Axı, biz nə etmişik? Biz öz doğma torpaqlarımızı azad etmişik. Burada erməni yaşayıb? Yox, siz - Cəbrayılın sakinləri”.
“Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdir, o vaxt ki, torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı” - Prezident İlham Əliyev əlavə edib.
Bunun səbəbləri barədə danışan dövlət başçısı bildirib: “Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?!”
“AzPolitika.info”

Şərhlər
siyasi dustaqları buraxmaq lazımdır. Cavan uşaqların həyatını alma Allıaha da xoş getməz
Cənab prezident xalq birdir xalq sizinlədir.Müstəqillik və ərazi bütövlüyü məsələsində fikir ayrılığı ola bilməz.
Putindən Rusiyadan uzaqlaşmaq lazımdır. NATO ölkələri 30 il Qarabağı ermənistan ərazisi kimi tanımadılar. 44 günlük müharibədə də bizim tərəfi saxladılar. Tovuz hadisələrində də NATO üzvü Türkiyə girdi Azəbaycana. Tovuz hadisələrində də Türkiyə və NATO rusiyanı sındırdılar deyə Putin məcbur olub tərəfsiz qaldı. .. Neftimizi qazımızı da onlar alırlar.
Bəli,ABŞ dövlət departamentində başqa yerlərdən təkliflər özləri tərəfindən hazırlanır,yazılır və özlərinə göndərilir.23 il qabaq CİA-nın gizli əməkdaşları gecə ikən aeropoirta girib 4 təyyarənin kompyuter sisteminə barmaq etmişdilər ki səhər təyyarələr havaya qalxdıqdan bəlli bir müddət sonra kompyuterlər avtomatik bloklanaraq avtopilot sisteminə keçsin və yazdıqları kurs üzrə ikisi ekiz qüllələrə,biri Pentaqona,biri də Ağ Evə doğru isriqamət götürsün.Əlbəttə ki dəqiqələr içində bədbəxt pilotlar bloklanmanı aça bilməzdilər,odur ki ekiz qüllələr dağıdılmışdı.Bax o günlərdə Ağ Evdə uşaq oyunu kimi bir oyun dünyaya göstərilirdi;guya ABŞ-ın müxtəlif bölgələrindən Ağ Evə içində ölüm tozu olan məktublar gəlir,kimin əli dəyərmişsə o tozlara,anındaca ölə bilərmiş.Ağ Evdəkilər məktubları görüncə “vaaay!” deyə çığlıqlar atırdılar ki,yaxında ABŞ İraqı,Əfqanıstanı dağıtmaq qərarı verəndə amerikan toplumu buna qarşı çıxmasın.Daha bilmirdilər ki həmin o məktubları Ağ Evdə yazıb ABŞ-ın müxtəlif ştatlarından Ağ Evə göndərirlərmiş.İndi ermənirüşvət konqresmenlərin Ağ Evə göndərdiyi məktublar da eləcədir yəni.Ağ Evdə yazıblar,veriblər onlara ki siz bizə göndərin.Siz bizim üçün işləyin,biz də sizin üçün.Görmürsünüzmü İsrail bizim üçün işləyir deyə biz də gecə-gündüz İsrail üçün işləyirik?Qor-qotur dübyasıdı da,görün göyürün də qor-qoturlardan.
Təşəkkürlər cənab prezident!