İranın dondurulmuş altı milyard dollar maliyyə vəsaitinin sərbəstləşdirilməsi istiqamətində Qətərlə “qarşılıqlı faydalı razılaşma” əldə edilib.
“Report” “Mehr” informasiya agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Qətər səfərindən Tehrana qayıdarkən bildirib.
Məlumata görə, Cənubi Koreya bankları sərbəstləşdirdikdən sonra həmin maliyyə vəsaiti Qətərdə saxlanılır.
“Bizim Qətər banklarında altı milyard dollar məbləğində vəsaitimiz var. İki ölkənin mərkəzi banklarının başçıları arasında görüşdə, habelə Qətər əmiri ilə danışıqda biz bu məsələ üzrə qarşılıqlı yaxşı anlaşma əldə etdik”, - İran Prezidenti vurğulayıb.
Xatırladaq ki, Qətərin vasitəçiliyi ilə 2023-cü ildə İran və ABŞ arasında İslam Respublikasının altı milyard dollar maliyyə vəsaitinin sərbəstləşdirilməsinə dair razılıq əldə edilib. Bu maliyyə vəsaiti 2018-ci ildə Cənubi Koreyanın iki bankının ABŞ-nin sanksiyasına məruz qalması nəticəsində dondurulub.


Şərhlər
Haniyə öldürüləndən sonra yevangelist planına görə İran İsrailə raket hoqqabazlığı çıxartmalıydı,amma ABŞ dondurulmuş milyardları o qətlə görə killer payı olaraq verdikdən sonra İran İsrailə raket atmalıydı.İran isə susurdu,çünki ABŞ deyirdi hoqqabazlığı çıxart,sonra verim.Iki aydır deyirəm bunu ki,nə qədər ki İran Haniyəni öldürdüyü üçün milyardlarını almayıb,İran İsrailə raket şousu çıxartmayacaq.Və çıxartmırdı da.Nəhayət,ABŞ Rusiya ilə gizlicə danışdı ki,İranı başa sal,İsrtailə raket atsın,milyardları Nəsrullahın qan payı olaraq da artıqlamasilə verəcəyəm.Odur ki Mişustin Tehrana getdi,bir-iki saat xosunlaşandan sonra bir gün keçdi,nəhayət,İran İsrailə raket oyunu çıxartdı.Bəli,bu dəfəki də elə apreldəki kimi hoqqabazlıq idi,fərq ondaydı ki,İran bu dəfə ballistik raket atmışdı ki,daha da qorxulu görüksün və İran camaatı əmmamələrdən razı qalsın qisas alındı deyə.Amma o qədər ballistiik raketin demək olar ki heç bir dağıdıcı rolu olmadı,bircə İsrailli öldü o parthapartda.Çünki raketlərdə partlayıcı başlıqlar yox idi.Haraları vuracağını isə İran Mişustinə bildirmişdi.Odur ki raketlər boş ərazilərə düşüb öz gücləriylə sadəcə böyük çalalar açmışdılar,partlayıcılar yox deyə.Və budur,İran raket hoqqabazlığı çıxartdı,ikicə gün keçmədi ki dondurulmuş milyardların buzu açıldı.Yəni İran Haniyəni qanına qəltan etdiyi üçün ,həm də Nəsrullahın koordinatlarını verdiyi üçün ABŞ-dan milyardlarını killer payı olaraq almış oldu.Cənubi Koreya,Qətər-filan izi yayındırmaq üçün ABŞ hiyləgərliyidi.Cənubi Koreya da,Qətər də ABŞ-ın əlaltıları deyilmi yəni?