Menu

Ramşteyn görüşündə Zelenski “qələbə planı”nı təqdim edəcək

05.10.2024, 12:55
Ramşteyn görüşündə Zelenski “qələbə planı”nı təqdim edəcək

Prezident Vladimir Zelenski Ramşteyn görüşündə Ukraynanın “qələbə planı”nı təqdim edəcək.

APA xəbər verir ki, bu barədə Zelenski “X” platformasındakı paylaşımında bildirib.

O, bildirib ki, oktyabrın 12-də Almaniyanın Ramşteyn şəhərində müttəfiqlərinin növbəti görüşündə öz "qələbə planını" təqdim edəcək.

“Qələbə Plan müharibənin ədalətli sona çatması üçün aydın, konkret addımları" əks etdirəcək”- deyə Zelenski vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol