Menu

Krımda partlayışlar - Aerodroma hücum edilib, neft bazası yanır

07.10.2024, 09:33
Krımda partlayışlar - Aerodroma hücum edilib, neft bazası yanır

Krımın Feodosiya şəhərindəki neft bazası yanır. 

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, ötən gecə bazaya Ukrayna PUA-larının hücumu qeydə alınıb.

Məlumatda deyilir ki, yerli “hakimiyyət” xəbəri təsdiqləyib və “baş nazirin müavini” İqor Mixayliçenko hadisə yerinə gedib.

Həmçinin, Krımdakı Saki hərbi aerodromunun ərazisində 7 güclü partlayış baş verib. Aerodromdakı təyyarələr havaya qaldırılıb. Simferopolda və ətraf ərazilərdə də partlayış səsləri eşidilib. 

Ümumilkdə Krımın bütün ərazisində hava təhlükəsi elan edilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol