Rusiya qoşunları 2023-cü ilin oktyabrından bu yana Donetsk vilayətinin qərbindəki hücum əməliyyatları zamanı Pokrovsk rayonunda ən azı beş briqada itirib.
”AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında belə deyilir.
Qeyd olunur ki, Rusiyanın bu istiqamətdəki kiçik irəliləyişləri olduqca böyük hərbi texnika və canlı qüvvə itkisi hesabına başa gəlir: “Rusiya qoşunları 2023-cü ilin oktyabrında Avdeyevkaya hücumun başlamasından bəri Donetsk vilayətinin Pokrovsk rayonunda 1830-dan çox ağır texnikasını itirib. 2023-cü ilin oktyabrından bəri Rusiya aktiv döyüş əməliyyatları zamanı 539 tank və 1020 piyada döyüş maşını itirib.
İtkilər xüsusilə 2024-cü ilin yayında, rus qoşunlarının Avdeyevkanın qərbində və Donetsk vilayətinin digər ərazilərində hücumlarını davam etdirdiyi zaman ağır olub.
Ukrayna qüvvələri 381 tank və 835 piyada döyüş maşını məhv edib. Bundan əlavə, Rusiya 26 piyada döyüş maşını, 22 reaktiv yaylım atəş sistemi, 11 artilleriya sistemi və 92 zirehli yük maşını itirib”.
Analitiklər qeyd edirlər ki, bu məlumatlar bütün itkiləri əhatə etmir, çünki bunların hamısını dəqiq qeydə almaq çətindir. Həqiqi rəqəmlər çox güman ki, daha çoxdur.
“AzPolitika.info”


Şərhlər