Menu

“Ukraynada hərbi qiyam olacaq” – Soskin

07.10.2024, 13:17
“Ukraynada hərbi qiyam olacaq” – Soskin

“Ukraynada hərbi qiyam olacaq. Hərbçilərin vaxtı çatıb”.

“AzPolitika” xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin “Politeka” “YouTube” kanalına müsahibəsində deyib.

O, Uqledarın itirilməsi ilə əlaqədar Ukraynada hərbi qiyamın baş verəcəyini iddia edib.

Bundan əlavə, ekspert bildirib ki, ölkə başçısı Volodimir Zelenskinin icazəsi ilə Ukrayna Silahlı Qüvvələrinin 72-ci briqadasının Uqledarda qəsdən məhv edilməsi digər hərbçilər üçün bir növ dərs rolunu oynayacaq. O, hərbçilərin bu cür zorakılıqlara dözməyəcəyini və yaxın gələcəkdə silahlarını bunu onlara edənlərə tərəf çevirəcəklərini iddia edib.

Qeyd edək ki, Rusiya hərbçiləri oktyabrın 3-də Donetsk vilayətinin Uqledar şəhərini ələ keçirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol