Menu

Bakıda baş vermiş partlayışla bağlı araşdırma aparılır - VİDEO

07.10.2024, 16:37
Bakıda baş vermiş partlayışla bağlı araşdırma aparılır - VİDEO

Nizami rayonunda baş vermiş partlayışla bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, oktyabrın 7-də, saat 13 radələrində paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verməsi barədə Nizami rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı qeyd olunan ünvanda yerləşən sexin ərazisində, ümumi sahəsi təxminən 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verməsi nəticəsində 2 nəfər şəxsin xasarət alması müəyyən olunub.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

“Qafqazinfo”un hadisə yerindən lentə aldığı görüntüləri təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol