Menu

ASCO-nun Türkiyədəki törəmə müəssisəsi ləğv edilib

07.10.2024, 16:45
ASCO-nun Türkiyədəki törəmə müəssisəsi ləğv edilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ASC-nin (ASCO) Türkiyədəki törəmə müəssisəsi ləğv edilib.

"APA-Economics"in ASCO-dan əldə etdiyi məlumata görə, “ASCO Tankers Gemi İşletmeciliği" Anonim Şirkəti fəaliyyətini dayandırıb.

Qeyd edək ki, “ASCO Tankers Gemi İşletmeciliği A.Ş.” 2017-ci ildə Türkiyənin İstanbul şəhərində təsis edilib və ASCO-nun Xəzərdən kənar hövzələrdə üzən quru yük və tanker gəmilərinin səmərəli istismarının təşkil edilməsinə və yükdaşımalar zamanı meydana çıxan məsələlərin operativ həll olunmasına xidmət edir. Törəmə müəssisənin səhmlərinin 100%-i ASCO-ya aiddir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol