Menu

Eboladan qurtulanlar virusun yayılmasına mane ola bilərlər

10.12.2014, 15:39

141012144849_ebola_virus_624in_v2_azeriEkspertlər bildirirlər ki, Ebola virusundan qurtulan minlərlə insan epidemiyaya nəzarətdə mühüm rol oynayır. Demək olar ki, onların virusa yenidən yoluxma ehtimalı azdır. Həmin şəxslərə təlim keçməklə virusun yayılmasına mane olmaq, minlərlə insanın həyatını xilas etmək mümkündür. Xəbəri "Reuters" agentliyi yayıb.

Sağ qalanlar dünyada Ebola virusuna qarşı yeni immun sistemi yaranmış yeganə insanlardır. "Beynəlxalq Epidemiologiya" jurnalının ekspertləri bildirirlər ki, sözügedən şəxslər virusa yoluxanlara heç bir risksiz qayğı göstərə bilərlər. Ebola epidemiyası Qvineya, Liberiya və Syer-Leonda indiyədək 6331 insanın həyatına son qoyub. 7719-u Liberiyada, 7798-i isə Syer-Leonda olmaqla 17800 insan virusa yoluxub.

"Sağ qalanlarda immun sistemi yarandığı üçün onlar yoluxanlarla yoluxmayanlar arasında, yerli əhali ilə gəlmələr arasında vasitəçilik edə bilərlər", - Nyu-York Psixiatriya İnstitutunun HİV klinik və nəzəri araşdırılması mərkəzindən Zena Stein bildirib.

"Sağ qalanlar yerli dildə danışırlar, həmçinin yerli mədəniyyətə bələddirlər. Əcnəbilərə inamı olmayan, səhiyyə işçilərini qovan, müalicədən yayınan yerli əhali bunlarla yaxşı dil tapa bilər", - sənəddə deyilir.

Sağ qalanların maarifləndirilməsində, inamsızlığın aradan qaldırılmasında Cənubi Afrikadakı HİV düşərgəsi kimi yerli epidemiya nəzarət məntəqələri xüsusi rol oynayıb. BMT-nin uşaq fondu (UNİCEF) bildirir ki, sağ qalanlar yenə də inamsızlıqla üzləşə bilərlər. Buna baxmayaraq, yerlilər artıq onlara real ümid yeri kimi baxmağa başlayıblar. Xəstələrə qulluq işinin sağ qalanlara verilməsi Afrikada Böyük səhranın cənub bölgəsinin iqtisadiyyatı üçün faydalı olacaq. Epidemiya yayıldıqdan sonra bölgəyə 3-4 milyard dollar ziyan dəyib. Hərçənd effektivliyi sübut olunmasa da, ekspertlər hesab edirlər ki, sağ qalanların qanında anti-cisim yarandığı üçün onlar qan da verə bilərlər. Epidemiyanın bərpa olunma ehtimalı 30% olduğu bir vaxtda, qan analizi ilə minlərlə sağ qalan insanın immun sistemini bərpa etmək mümkündür. /"eunews"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol