Menu

İrandan “Hizbullah”-a silah daşıyan komandir öldürüldü – İsrail ordusu açıqladı

08.10.2024, 14:26
İrandan “Hizbullah”-a silah daşıyan komandir öldürüldü – İsrail ordusu açıqladı

İsrail Müdafiə Qüvvələri (IDF) Beyruta endirilən hava hücumunda “Hizbullah”-ın İrandan silah tədarükünə cavabdeh olan Süheyl Hüseyn Hüseyninin öldürüldüyünü bildirib.

“The Times of Israel" qəzetinin İsrail ordusundakı mənbələrə istinadən verdiyi məlumata görə, Hüseyni bu silahların həm daşınmasına, həm də Livanın "Hizbullah" radikal qruplaşmasının bölmələri arasında paylanmasına nəzarət edir.

“Hüseyni "Hizbullah”-ın ən mühüm layihələri üçün büdcə və logistika, o cümlədən Livan və Suriyadan İsrail dövlətinə qarşı terror hücumlarının əlaqələndirilməsinə cavabdeh idi", - məlumatda qeyd olunur.

İsrail Müdafiə Qüvvələri “Hizbullah! hədəflərinə hücumlarını artırıb. İsrailin Livanda quru əməliyyatı başlayandan bəri radikal qruplaşmanın lideri Həsən Nəsrullah və müxtəlif səviyyəli 30 komandir də daxil olmaqla, təxminən 450 üzvü öldürülüb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol