Menu

Ərdoğan Putinə xüsusi hədiyyə göndərib

08.10.2024, 14:40
Ərdoğan Putinə xüsusi hədiyyə göndərib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə ad günü münasibətilə xüsusi hədiyyə göndərib.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xarici məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib. O, jurnalistlərlə görüşündə bildirib ki, Ərdoğan bu hədiyyəni dünən Putinlə telefon danışığından əvvəl göndərib.

“Türkiyə prezidenti dünənki görüşdən əvvəl xüsusi bir hədiyyə göndərdi. Bu, gözəl bir türk hədiyyəsi idi”,-deyə o, bildirib.

Jurnalistlər Ərdoğanın Putinə göndərdiyi hədiyyənin dövlət qulluqçularının qəbul edə biləcəyi 3000 rubl limitindən aşağı olub-olmadığını soruşduqda, Uşakov “bir az bahalı idi” cavabını verib.

Putinin ad günü üçün başqa hədiyyələr alıb-almadığı ilə suala isə Uşakov heç bir təfərrüat açıqlamadan, sadəcə “hədiyyələr var idi” deməklə kifayətlənib.

Qeyd edək ki, Rusiya liderinin ötən gün 72 yaşı tamam olub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol