Bu gün Livandan İsrailin Hayfa və Kiryat-Yam şəhərlərinə kütləvi şəkildə raketlər atılıb.
"AzPolitika" xəbər verir ki, bu barədə "Telegram" kanallarında video yayılıb.
İsrail ordusunun mətbuat xidməti ölkə ərazisinə 85 raket atıldığını bildirib.
İsrailin “Telegram” kanalları yazır ki, bu, müharibə başlayandan bəri Hayfanın ən güclü atəşə tutulmasıdır.
"AzPolitika.info"


Şərhlər