Menu

"Yəqin ki, Putin Əliyev və Paşinyanla Zəngəzur dəhlizi mövzusunu müzakirə edib" - Peskov

08.10.2024, 16:40
"Yəqin ki, Putin Əliyev və Paşinyanla Zəngəzur dəhlizi mövzusunu müzakirə edib" - Peskov

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistandan olan həmkarları İlham Əliyev və Nikol Paşinyanla danışıqları zamanı yəqin ki, Zəngəzur dəhlizi mövzusuna toxunulub.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Putin onların hər biri ilə ayrı-ayrılıqda təkbətək danışıb. Üstəlik, prezident yəqin ki, hər biri ilə yarım saat oturub, buna görə də yəqin ki, fikir mübadiləsi aparılıb. Zəngəzur dəhlizi mövzusuna da toxunulub”, – mətbuat katibi qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol