Menu

İsrailin “Hizbullah”-la savaşı Türkiyəyə qarşi real təhdidə çevrilir - Hizbullahçılar niyə Türkiyə sərhədinə daşınır?

09.10.2024, 10:30
İsrailin “Hizbullah”-la savaşı Türkiyəyə qarşi real təhdidə çevrilir - Hizbullahçılar niyə Türkiyə sərhədinə daşınır?

Prezident Ərdoğanın ˝İsrailin növbəti hədəfi Türkiyədir˝ deməsi çox böyük mübahisələrə səbəb oldu. İsrailin hərbi gücü Türkiyə üçün, əlbəttə, böyük təhlükə deyil. Burda söhbət İsrail ordusunun Türkiyəyə hücumundan deyil, Böyük Orta Doğuda qurulan və əsas hədəfdə Türkiyənin də olduğu irimiqyaslı oyundan gedir. Yəhudi dövləti Livana girərək “Hizbullah”-a qarşı quru savaşına başlamaqla həmin oyuna rəsmən start verdi.

Söhbətin nədən getdiyini anlamağa çalışaq. “Hizbullah”-a qarşı savaş Livanın şiə ərəblər yaşayan hissəsində, ölkənin cənubunda aparılır. “Hizbullah”-ın tabanı da şiə məzhəbli ərəblərdir. İran məhz məzhəbçiliyi əldə bayraq edərək “Hizbullah”-ı yarada bilib.

İsrail Livanın cənubunda yaşayan radikal hizbullahçıları öldürür, qalanlarını isə şimala doğu getməyə məcbur edir. Yurd- yuvasından köçməyə məcbur edilən milyonlarla şiə ərəbin böyük hisəsi isə Suriya ərazisinə keçirlər. Ərəb mətbuatında gedən məlumatlara görə, Suriyaya keçən şiələr böyük dəstələr halında Türkiyə sərhəddinə doğru yol alırlar. ABŞ və İsrail planının anti-Türkiyə mahiyyəti də məhz burda gizlənib.

Türkiyə sərhəddinə axın edən şiə ərəblərin böyük əksəriyyəti müharibənin od-alovundan canını çətinliklə qurtaran zavallı köçkünlərdir. Amma, dünyanın ən böyük güclərinin birbaşa təşkilatçılığı ilə belə mürəkkəb oyun qurulursa, deməli həmin köçkünlərin içində radikalların sayı kifəyət qədər şoxdur. 

Livandan köç edənlər hansısa ˝görünməz əlin˝ yönəltməsi ilə boyük qruplar halında Türkiyə sərhəddində yerləşə biləcəksə, həmin qrupların cəmləşdiri yerlər İran və İsrail xüsusi xidmətlərinin at oynatdığı alanlara çevriləcək. İranın qurduğu “Şiə hilalı”nın tabanı radikal şiə ərəblərdir. “Şiə hilalı” kimi çox böyük proyekti İran rejiminin təkbaşina qurması mümkünsüzdür. Proyektin arxasında heç şübhəsiz Qərb ağılı və dəstəyi dayanır.

Görünən mənzərə belədir: İranı yönəldən böyük ağıl “Şiə hilalı”nın qərb cinahında Türkiyə əleyhinə yönəlmiş yeni prokisi ordu qurmağa qərar verib. Yeni məlumatlara görə, Livan ordusu da “Hizbullah”-a qarşı şimaldan ikinci cəbhə açır. Livan daha çox Fransaya bağlıdır. Cənubdan İsrail, şimaldan isə Livan ordusu ilə qısqaca alınan “Hizbullah” uzun müddət duruş gətirə bilməz. Fars rejimi Qərbin projesidirsə, “Hizbullah” da İrana bağlı proksi ordudursa, deməli, “Hizbullah” da bilərəkdən və ya bilməyərəkdən Qərbin maraqlarına xidmət edən böyük silahlı qruplaşmadır.

Sual yaranır: Özlərinin on illər boyu qurduqları ordunu yox edəcəklərmi? Ağılabatan deyil. Bəs onda on minlərlə silahlı üzvü olan qruplaşmanın aqibəti necə olacaq? Əcaba, “Hizbullah”-ı İsrail sərhəddindən söküb Türkiyə sərhəddinəmi daşımaq istəyirlər?  Çox güman ki, Ərdoğanın söylədiyi İsrail təhlükəsi həm də belə məsələlərlə bağlıdır.

Amma oyunları quranlar bir məqamı diqqətə alınmırlar. Türkiyə son illərdə özünə qarşı yönələn təhdidləri öz lehinə çevirməyi bacarıb. Mümkündür ki, Türkiyə həyasıcasına qurulan bu oyunu pozmaq üçün Suriyanın şimalında yaratdığı təhlükəsizlik zolağını geninşləndirəcək. Türk mətbuatında bu barədə məlumatlar yayılmaqdadır. Suriyanın şimalındakı İdlib bölgəsində türk hərbiçilərinin, komandolarının və havadan müdafiə sistemlərinin əlavə qüvvələrinin yeləşdirilməsi də yayılan məlumatlar arasındadır. Adı çəkilən zolağın böyüdülməsi Türkiyənin təhlükəsizliyi üçün həyati dərəcədə önəmlidir.

Lakin ABŞ və Rusyanın basqıları Ankaranın bu istiqamətdəki addımlarını illərlə ləngidib. Günün günorta çağı, aşkar şəkildə sərhəddində çox sayda İran proksilərinin yerləşdirilməsi faktı təhlükəsizlik zolağı məsələsində Türkiyənin əlinə ˝kart-blanş˝ verəcək. Ərdoğanın ˝Bunu əsla bacarmayacaqlar˝ bəyanatı da deyilənləri dolayısı ilə təsdiqləyir. Digər tərəfdən, istisna deyil ki, fars rejiminin get-gedə daha da çılpaqlaşan anti-türk siyasəti günün birində İranın daxilində də türk-fars hesablaşmasına yol açsın.     

Namiq Bilal

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol